“Avro-2016″nın seçmə mərhələsində millimizlə qarşılaşan Norveç yığmasının futbolçusu Mats Möller Dehli oyundan (1:0) sonra matç barədə fikirləri söyləyib.
İdmanxeber.com-un məlumatına görə, ölkəsinin mətbuatına danışan futbolçu “Bakcell Arena”nın ot örtüyündən şikayətlənib:
“Həyatımda belə şey görməmişdim. Oyundan öncə meydançaya nəsə səpdilər. Heç onun nə olduğunu da bilmirəm. Artıq ikinci dəqiqədə top yaşıl rəngə boyanmışdı. Fasilədə formamızı dəyişmək məcburiyyətində qaldıq. Çünki formalarımız yaşıl rəngə boyanmışdı. İkinci hissədə əvəzlənməyimə gəlincə “Kardif Siti”də uzun müddətdir oynamıram. Ona görə oyunu sonadək davam etdirə bilmədim”.