Milli komanda

Norveç millisinin üzvü: “Azərbaycanla matçda qələbə qazansaq, hər şeyi unudacağıq”

“Estoniyaya qarşı yaxşı oynamadıq. Kifayət qədər qol epizodları yarada bilmədik. Oyun ərzində passiv görünürdük”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç yığmasının yarımmüdafiəçisi Mats Möller Dehli Estoniya ilə keçirdikləri yoldaşlıq görüşündən (0:1) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Artıq indi bazar günü qarşılaşacağımız Azərbaycanla oyuna köklənməliyik. Əgər bu matçda qələbə qazansaq, hər şeyi unudacağıq”.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Norveç oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43