Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci dünya çempionatının təsnifat mərhələsi üzrə püşkatma keçirilib.
İdmanxeber.com-un məlumatına görə. C qrupunda yer alan millimiz Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə mübarizə aparacaq.
Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo "DÇ-2018"nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
"Çox maraqlı, eyni zamanda həyəcanverici qrupa düşdük. Təbii ki, Almaniya qrupun favoritidir. Onları məğlub etmək çətin olacaq". Azərbaycan və Çexiyanıntanışrəqiblər olduğunu bildirib: "Çexiya və Azərbaycan tanış rəqiblərdir. Çexiya ilə daha öncə qarşılaşmışıq və həmin oyunda 2:2 heç-heçə qeydə alınıb. Azərbaycanla isə "Avro-2016"nın seçmə mərhələsində iki dəfə üz-üzə gəlmişik. Şimali İrlandiya və San Marinoda yaxşı komandalardır. Ancaq bizim məqsədimiz qrupda ikinci olmaq və pley-off mərhələsində iştirak etməkdir"