09 Avqust 2022
Dünya futbolu Kateqoriyasız

Norveçli “Ferentsvaroş”u sevindirdi – “Qarabağ”la oyun öncəsi

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferentsvaroş” Macarıstan çempionatının 2022/2023 mövsümünə qələbə ilə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Budapeşt klubu ilk turda öz meydanında “Puşkaş Akademiyası” ilə qarşılaşıb və görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Barselona”nı xalsız qoyan qol- VİDEO

admin

“Qarabağ” Kiprə nə vaxt gedir?

admin