“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 final mərhələsində “Bayer”lə oyunda qırmızı vərəqə alıb.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı qolkiper 17-ci dəqiqədə Ceremi Frimponqa cərimə meydançası xaricində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, Noyerin karyerasında ilk olub. Təcrübəli oyunçu bu günə qədər qırmızı vərəqə almamışdı.
Noyer klub səviyyəsində 800, Almaniya millisində isə 124 oyun keçirib.