Dünya futbolu

Noyer rekordçu oldu

Manuel Noyer Çempionlar Liqasında ən çox quru oyun keçirən qapıçı olub.

İdmanxeber.az məlumat verir ki, təcrübəli qolkiper “Bavariya”nın “Arsenal”ı (1:0) mübarizədən kənarlaşdırıb yarımfinala yüksəldiyi oyunda bu nəticəyə imza atıb.

Bu matç Noyerin Çempionlar Liqasında 58-ci qapısında qol görmədiyi oyun olub. O, İker Kasilyası (57) geridə qoyub.

38 yaşlı qolkiper “Bavariya” ilə 2 dəfə Çempionlar Liqasının qalibi də olmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43