Dünya futbolu

Nübel gələcəyi barədə danışıb

Aleksandr Nübel bu mövsüm “Ştutqart”da inamlı çıxışıyla diqqət çəkir.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləylə “Bavariya” məxsus olan qolkiper gələcəyi barədə danışlb:

”Bavariya” ilə 1 illik müqaviləm qalıb. Özümü “Ştutqart”da əla hiss edirəm”.

”Biz bu barədə rəhbərliklə danışmışıq. Burada qalmağı istəyirəm”.

Nübel bu mövsüm Bundesliqada 24 oyuna çıxıb və 8 görüşdə qapısını toxunulmaz saxlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43