“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Dortmund “Borussiya”sına rəhbərlik edəcək.
İdmanxeber.az-ın məlumatına görə, türkiyəli mütəxssis ilk olaraq Almaniya klubunda məşqçilər heyətində yer alacaq. Şahinin növbəti mövsümdən “Borussiya”nı çalışdırması gözlənilir.
35 yaşlı gənc mütəxəssis 2021-ci ildə futbolçu karyerasını başa vuraraq “Antalyaspor”un baş məşqçisi olub.