Kateqoriyasız

Nuriyev Konfrans Liqasında 7 dəqiqə oynadı

Ukraynanın “Kolos” klubu Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin də formasını geyindiyi komanda “Şaxtyor”la (Karaqanda) qarşılaşıb. Matçda hesab açılmayıb – 0:0.

Anatoli də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana əvəzetmədən meydana çıxıb.

Cavab qarşılaşması avqustun 12-də Nur-Sultan şəhərində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43