22 Fevral 2025
Ölkə futbolu

“Nürnberq” növbəti matçını keçirir – Mahir yenə yoxdu

Almaniya II Bundesliqasında növbəti turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” səfərdə “Herta” ilə üz-üzə gəlir. Millimizin üzvünün adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Həmyerlimiz ötən tur da “Nürnberq”in matçını kənardan izləmişdi.

Xatırladaq ki, Emrelinin Almaniya klubundan ayrılacağı və karyerasını Cənubi Koreyada davam etdirəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43