Almaniyanın “Nürnberq” klubunun idman direktoru Joti Xatsialeksiu Mahir Emreli ilə danışıq apardıqlarını təsdiqləyib.
İdmanxeber.az-ın məlumatına görə, o, Almaniya mətbuatına verdiyi açıqlamada millimizin üzvü barədə xoş sözlər söyləyib:
“Onun yaxşı məhsuldarlığı var və topla əla rəftar edir. Futbolçu ilə söhbətimiz zamanı xeyli müsbət siqnallar aldıq”.
Emreli ilə 2 gün sonra müqavilə imzalanacağı da bildirilib.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.