23 Oktyabr 2024
Dünya futbolu

“Nyukasl” Almaniya millisinin baş məşqçisiylə maraqlanır

“Nyukasl” Yulian Nagelsmannı komandanın başına gətirmək haqda düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “sağsağan”lar yayda Eddi Hau ilə yollarını ayırsa, almaniyalı mütəxəssisi onu əvəzləməyə bir nömrəli namizəd olacaq.

Nagelsmann hazırda Almaniya millisini çalışdırır. O, ötən ilin sentyabrından “bundestim”ə başçılıq edir. Onun müqaviləsi bu ilin iyulunda bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43