Dünya futbolu

“Nyukasl” braziliyalı oyunçusuyla yeni müqavilə imzalamaq istəyir

”Nyukasl” Joelintonla yayda yeni müqavilə imzalamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar müsbət yöndə gedir.

Joelinton 2019-cu ildə 40 milyon avroya “Hoffenhaym”dan “Nyukasl”a keçib. 27 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 23 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

O, Braziliya millisində isə 5 oyunda meydanda olub və 1 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43