18 Oktyabr 2024
Dünya futbolu

“Nyukasl” müdafiəçisinin müqaviləsini uzadıb

“Nyukasl” Fabian Şerin müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, isveçrəli müdafiəçiylə yeni sözləşmə 2025-ci ilin yayına qədər olacaq.

Şer 2018-ci ildən bəri “sağsağanlar”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 28 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43