Ölkə futbolu

“O düşsəydi”, “bu düşsəydi” söhbətlərini yığışdırmaq lazımdır” – Əfran İsmayılov

“Qrupumuz bundan daha asan ola bilərdi. Amma bu komandaların hamısı ilə oynamışıq. Qalib gələn vaxtlarımız da olub. “O düşsəydi”, “bu düşsəydi” söhbətlərini yığışdırmaq lazımdır. Qrupumuz, rəqiblərimiz bəllidir. Ayrı şeylər barədə düşünmək lazım deyil. Oyunlara köklənməliyik. Bu qrup da bizə uyğundur”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirərəkən deyib. O, daha sonra belə davam edib:

Yaxşı heyətimiz var. Oyunçularımızın çoxu legioner həyatı yaşayır. Digərləri də çempionatda komandalarının lideridir. Hamısı davamlı oynayır. Yaxşı bir baş məşqçi tapıb, oyunlara hazırlaşmaq lazımdır. Bu məsələdə də gecikir. Vaxtında baş məşqçimiz bəlli olmalıdır. Düzdür, rəhbərlik bu barədə çalışmalarını davam etdirir, götür-qoy edir. Amma gecikirik, bunu deməliyik. Baş məşqçi vaxtında komandanı tanımalıdır, məşqlərə başlamalıdır. Rəqiblər dişimizə uyğundur. Hər biri ilə oynamaq olar”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43