Məşhur tennisçisi Mariya Şarapova 10-cu dəfə dünyanın ən çox qazanan idmançısı seçilib.
“Forbes” jurnalının araşdırmasına əsasən, Şarapova 2013-cü ilin iyundan 2014-cü ilin iyuna kimi 24,4 milyon dollar qazanıb.
Raketka ustası bu məbləğin çox faizini isə “Nike”, “Avon”, “Samsung”, “Tag Heuer”, “Evian”, “Head” kimi şirkətlərlə əməkdaşlıqdan əldə edib.
Şarapova mükafat fondundan isə ildə cəmi 2,4 milyon dollar qazanır