AZAL-ın əvəzedici heyətində baş məşqçi kimi çalışan ingiltərəli David Villard ölkəsinin mətbuatına müsahibə verib. O, müsahibəsində bir sıra məqamlara toxunub.
“Mənim Toni Adamsla yaxşı münasibətim vardı. O, “Qəbələ”də baş məşqçi olduğu zaman mənim komandanın uşaq futbol məktəbində işləməyimi istədi. Qari Stivens də bu fəklifi mənə etmişdi. O zaman sevə-sevə Azərbaycana getdim. Əvvəlcə uşaq yaş qruplarında, daha sonra isə əvəzedici heyətdə məşqçi işlədim. Uğurlarım oldu. Hazırda AZAL-ın uşaq yaş qruplarının rəhbəri və əvəzedici komandanın baş məşqçi funksiyasını yerinə yetirirəm”.
Villard AZAL-a necə keçdiyi haqqında da fikirlərini bildirib: “Qəbələ”dən ayrıldıqdan sonra AZAL-dan mənə zəng gəldi. Bu klub paytaxt Bakı şəhərində məskunlaşıb. Orada işlərim yaxşıdı. 35 yaşım var. Bu yaşımda AZAL komandasının uşağı yaş qruplarının rəhbəri və əvəzedici komandanın məşqçisiyəm. Arzum İngiltərədə tanınmış məşqçilərdən biri olmaqdı. Bunun üçün PRO lisenziyasına ehtiyacım var. Bu lisenziyanı da növbəti ildə alacağam”.