Kateqoriyasız

“O qollarda yarımmüdafiəçilərin də səhvi oldu” – Stankoviç

“Çətin oyun oldu. HİK yaxşı balanslaşmış komandadı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Voyislav Stankoviç  HİK-lə heç-heçə etdikləri oyundan sonra deyib.

O, müdafiədəki səhvlərlə bağlı verilən sualı belə cavablandırıb:

“Müdafiədəki səhvlər tək müdafiəçilərdən qaynaqlanmır. Buraxılan qollarda yarımmüdafiəçilərin də səhvi var. Ümid edirəm ki, səfər görüşündə daha yaxşı oynayaraq qələbə qazanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43