“Qarbağ”ı qiymətləndirməliyik. Keçmişdə Azərbaycanın “Neftçi” klubu tərəfindən “döyüldük”. Hazırda komandamız kifayət qəər yaxşıdı. APOEL-in “Sutyeska” ilə ilk matçı heç də yaxşı deyildi. Ancaq komanda ikinci oyunda yaxşı oyun göstərdi. Qruplara qalmaq komandaya maddi cəhətdən də böyük yardım edəcək”.
İdmanxeber.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri APOEL futbol klubunun Veteranlar Assosiyasının prezidenti Petrakiz Çatzithoma deyib.
Veteran futbolçu axşamkı oyunda APOEL-in təmkinli olacağını bildirib:
“Düşünmürəm ki, hər iki komanda açıq oyun sərgiləsin. İlk oyun olduğundan tərəflər təmkinli oynayacaq, APOEL haqqında nikbinəm. Əsas məsələ qol buraxmamaqdı. 1:0 hesablı qələbə olsa yaxşı olar”.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.