“Zirə”nin kapitanı Rəşad Abdullayev “Rəvan”la (2:1) matçdan sonra müsahibə verib.
– Oyun haqda fikirlərinizi bildirərdiniz…
– Çətin oyunkeçdi. “Rəvan” bizə asanlıqla təslim olmadı. Özünüz də gördünüz ki, bizə çətin anlar yaşatdılar. Əsas odur ki, qələbə qazana bildik.
– Baş məşqçiniz Adil Şükürov mətbuat konfransında bildirdi ki, artıq çempionluq uğrunda mübarizə aparırıq. Bəs, siz futbolçular bu mübarizədə özünüzə inanırsınz?
– Sözün düzü, istəyirik ki, liderlər qrupunda olaq. Fikrimiz çempionluğa oynamaq deyil. Biz sadəcə, o yola doğru gedirik. Amma sırf olaraq üst pillələrdə qalmaq istəyirik
– Qol imkanlarınızın sayı çox olsa da, yalnız iki qol vurdunuz…
– Bəzən belə hallar olur və fürsətləri dəyərləndirə bilmirsən. Rəqib hesabı bərabərləşdirsə də, özümüzdə güc tapıb qələbə qolunu vurduq.
– Üçüncü dövrədə keçirilən oyunlarda matça sonradan daxil olursunuz…
– Bu, futboldur. Məşqçilərin hər bir qərarına hazır olmalıyıq.
– Sizcə, artıq yaş öz sözünü deyir?
– Mən nə zaman hiss etsəm ki, oynaya bilmirəm, o zaman artıq karyeramı bitirərəm. Amma mən özümdə güc hiss edirəm. Düzdür, əvvəlki kimi deyil. Amma buna baxmayaraq, komandama hər zaman faydalı olmağa çalışıram.