Dünya futbolu

“O zaman bəzi futbolçular mənə güldülər” – Zinçenko

“Arsenal”ın futbolçusu Aleksandr Zincenko “Mançester Yunayted” oyunundan (3:2) sonra açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, komandaya gəldiyi ilk dönəmi xatırlayıb:

“Arsenal”a gələndə gördüyüm səvviyəli komanda bu gün meydanda idi. Təbii ki, klubu tanıyırdım, oyunçuların səviyyəsi bəlli idi. Yaxşı nəticələr qazanmaq üçün kifayət qədər güclü heyətə sahibik. Komandaya gələndə soyunub-geyinmə otağında “ilk 3-lüy”barədə yox, çempionluğu düşünməliyik dedim. O zaman bəzi futbolçular mənə güldülər. İndi isə hər kəs buna inanır. Təbii ki, hələ çox var. Qarşıda bizi çətin oyunlar gözləyir. Nə olacağını birlikdə görəcəyik”.

Qeyd edək ki, London klubu 19 oyundan sonra 50 xalla turnir cədvəlində birincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43