İdman

Obameyanq ingilis klubu ilə anlaşdı

Aleksis Sançesi “Mançester Yunayted”ə satan “Arsenal” hücum xəttində yaranan boşluğu doldurmağa çox yaxındı. 

İdmanxeber.com-un məlumatına görə, “topçular” Dortmund “Borussiya”sının forvardı Pyerr-Emerik Obameyanqla anlaşıb., Obameyanqın keçidi “Borussiya”ya bonuslarla birlikdə 68 milyon avro qazandıracaq. 28 yaşlı forvardın yaxın günlərdə rəsmən təqdim olunması planlaşdırılır.

 Qeyd edək ki, Pyerr-Emerik Obameyanq “Borussiya”ya 2013-cü ildə “Sent-Etyen”dən keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43