Oğuz Çətin “Xəzər Lənkəran”ın əvəzedici heyətindən 4 futbolçunu əsas komandaya gətirib.
İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis əsas komandaya çağırdığı Kazım Kazımlı, Bəhruz Teymurov, Elvin Mirzəyev və Elnur Cəfərov iyunun 24-dən Türkiyənin Ərzurum bölgəsində başlanacaq təlim-məşq toplanışına aparacaq.
Qeyd edək ki, Cənub klubu hazırlığının 2-ci mərhələsi Almaniya və ya Avstriyada baş tutacaq.