“Öz meydançamızda oynadığımız matçda tək bir məqsədimiz vardı. Qələbə qazanmalıydıq, eyni zamanda öz oyunumuzu göstərməli idik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri XL-in baş məşqçisi Oğuz Çətin deyib.
“Sumqayıt” yenilgisini şərh edən türkiyəli mütəxəssis yaxşı bir komanda olduqlarıbı bildirib:
“Biz yaxşı bir komandayıq. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək lazımdır. Biz necə bir komanda olduğumuzu göstərməliyik”.