“Xəzər Lənkəran” bu gün Sloveniya toplanışına tam olaraq yekun vuracaq.
İdmanxeber.com-a klubun mıətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın “Arsenal” klubu ilə yoxlama görüşündə (2:1) iştirak edən futbolçulara Oğuz Çətin istirahət verəcək. Türkiyəli mütəxəssis Tula təmsilçisi ilə oyunda sonradan meydana çıxanlara, eləcə də həmin oyunda iştirak etməyən futbolçulara istirahıət verməyəcək.
Bu gün həmin futbolçular komandanın Sloveniyadakı son məşqində iştirak edəcəklər. İyulun 29-da isə “Xəzər Lənkəran” vətənə dönəcək.