Topaz Premyer Liqasının IX turuna Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” oyunu ilə yekun vuruldu. Gərgin keçən qarşılaşma “Qarabağ”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşdı.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin bu fikirləri səsləndirib:
“Çox məyusuq. Qələbə qazansaydıq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümidləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq”.