21 Noyabr 2024
Dünya futbolu

Okan Buruk İtaliya klubunun təklifini qəbul etməyib

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk İtaliya klubunun maraq dairəsinə düşüb.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Roma” rəhbərliyi komandanı təcrübəli mütəxəssisə tapşırmaq niyyətində olub. Hətta tərəflər arasında danışıqlar da baş tutub.

Ancaq türkiyəli çalışdırıcı paytaxt klubunun təklifini qəbul etməyib. O, “Qalatasaray”da qalmağa üstünlük verib.

Xatırladaq ki, İtaliya mətbuatı “Roma”nın Kladuio Raniyeri ilə anlaşdığını bildirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43