30 Sentyabr 2024
Dünya futbolu

Okan Burukdan növbəti rekord

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk növbəti rekordunu qırıb.

İdmanxeber az-ın məlumatına görə, cari mövsüm İstanbul klubu ilə 70 xal toplamağı bacaran gənc mütəxəssis karyerasında ən yüksək göstəriciyə nail olub.

Buruk daha öncə çempionluq yaşadığı “Başakşehir”də mövsümü 69 xalla bitirmişdi. 

O, cari mövsüm “Qalatasaray”la 33 oyunda 25 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət alıb.

Xatırladaq ki, türkiyəli məşqçi bu mövsüm komandasıyla 14 matçlıq qələbə seriyası əldə edərək çenpionatın rekordunu qırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43