22 Sentyabr 2024
Dünya futbolu

Okan Burukdan rekord

”Qalatasaray” ötən gün səfərdə “Ankaragücü”nü 0-3 hesabıyla məğlub etdi.

İdmanxeber.az-ın məlumatına görə, bu nəticəylə Okan Buruk “sarı-qırmızılar”ın baş məşqçisi kimi Süperliqada 50-ci qələbəsini qazanıb. 50 yaşlı mütəxəssis bunu ən az matçda edən məşqçi olub.

Okan Buruk 62 oyunda bunu bacarıb. Fatih Terim (Qalatasaray) 70, Kristof Daum (Fənərbağça) , Şenol Güneş (Beşiktaş) və İsmail Kartal (Fənərbağça) isə 71 oyunda bunu edə bilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43