”Roma” Joze Mourinyodan boşalan məşqçi postuna sabiq oyunçusu Daniele De Rossini gətirib.
İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis ölənə qədər paytaxt klubunun məşqçisi olmaq istədiyini deyib:
”Klubun sahibləri mənimlə çox aydın danışdılar. Müqaviləm 6 aylıqdır. Bütün kartlarımı oynayacam, ölənə qədər burda qalmaq istəyirəm. Bu mənim arzumdur”.
De Rossili “Roma”nın ilk sınağı yanvarın 20-si “Verona”ya qarşı olacaq.