Xorvatiyanın baş məşqçisi Zlatko Daliç ölkə mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis köməkçisi İvitsa Oliçi Prosineçkinin yanına gönədərərək Azərbaycan haqda məlumat istədiyini bildirib:
“Ekspert heyəti tam gücü ilə çalışır. Oliç Azərbaycan haqda məlumat toplamaq üçün Robert Prosineçki ilə görüşüb. İlk rəqibimiz barədə daha çox məlumata ehtiyacımız var. Bunun üzərində çox çalışmışıq”.
Xorvatiya seçmə mərhələdə ilk oyununu martin 21-də Zaqrebdə millimizə qarşı keçirəcək.