Dünya futbolu

“Olimpiakos” – “Beşiktaş” matçını idarə edəcək hakim müəyyənləşdi

Avropa Liqasının 1/8 finalında keçiriləcək “Olimpiakos” – “Beşiktaş” matçının ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, matçı Hollandiya Futbol Federasiyasından olan Danni Makkelye idarə edəcək. Ona Mario Diks və Hessel Steegstra köməklik edəcək. Dördüncü hakim funksiyasını Yan de Vries yerinə yetirəcək.

Qeyd edək ki, “Olimpiakos” – “Beşiktaş” görüşü sabah Bakı vaxtı ilə 00:05-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43