“Olimpiakos” “Mançester Yunayted”in futbolçusu Antoninin icarəyə götürmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Yunanıstan klubu oyunçuda israrlıdır.
Braziliyalı vinger bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.