“Olimpiakos” “Neftçi”dən transfr etdiyi, lakin icarə əsasında Bakı klubunda oynamağa icazə verdiyi Mamadu Kane qışda Azərbaycandan ayrılmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, Kane mövsümün sonunadək Bakı klubunda qalacaq. “Olimpiakos”un belə qərar verməsinə səbəb 24 yaşlı futbolçunun “Neftçi”də daha çox oyun təcrübəsi qazanmaq şansının olmasıdır.
Bundan əvvəl isə Yunanıstan klubunun qışda Kaneni heyətinə qaytaracağı bildirilmişdi.