Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasında “Atalanta”ya qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.
Pirey təmsilçisinin UEFA-ya təqdim etdiyi siyahıda “Neftçi”dən transfer edilən Mamadu Kanenin adı yer almayıb. Qvineyalı yarımmüdafiəçi baş məşqçi Pedro Martinsə lazım olmayıb.
“Olimpiakos” ötən ilin yayında Kaneni “Neftçi”dən transfer edib, yenidən “ağ-qaralar”a 1 illik icarəyə vermişdi. Yunanıstan təmsilçisi qış fasiləsində Kaneni geri çağırıb.