06 Oktyabr 2022
Kateqoriyasız

“Olimpiakos”un yeni baş məşqçisinin ilk tələbi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”un baş məşqçi postuna gətirdiyi Miçel Qonzales heyətə əl gəzdirmək fikrindədi.

İdmanxeber.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda komandada həddən artıq çox futbolçunun olduğu qənaətindədir.

“Klub prezidenti ilə danışmışam. Komandada bu qədər futbolçunun yer alması problemdir. Qolkiperlərdən başqa, komandada ümumilikdə 24 oyunçudan çox adamın olmasını istəmirəm”.

Hazırda Pirey təmsilçisinin 37 futbolçusu var.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah” “Sumqayıt”a uduzdu

admin

“Neftçi”nin “Bolt Arena”dakı açıq məşqinin vaxtı açıqlandı

admin

Azərbaycanlı futbolçu Rusiyada seçildi

admin