“Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”la oyundan (1:1) sonra mətbuat konfransına qatılmayıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ardından junalistlər önünə çıxmaqdan imtina edib.
Qeyd edək ki, Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrupuna yüksəlib. “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.