Macarıstanda “Honved” klubunun formasını geyinən Xorvatiyanın gənclər millisinin sabiq üzvü əsas komandanın AVRO-2020-nin seçmə mərhələsindəki ilk iki oyunu barədə danışıb.
O, xüsusən də, Azərbaycanla Zaqrebdəki görüşə toxunub.Kukoç “Maksimir”dəki qarşılaşmanı canlı izləyən ölkə prezidenti Kolinda Qrabar-Kataroviçi tənqid edib:
“İnsanlar ölkəmizin nə qədər qorxulu durumda olduğunu unudurlar. Ölkə prezidenti Kolinda Qrabar-Kataroviç işini görmək, insanların yaşayışını düzəltmək yerinə futboldan danışır, ucuz reytinq toplayır. Azərbaycanla oyuna baxmaq onun üçün vacib deyildi. Ertəsi gün internetdə oxuyuram, Kolinda deyir ki, Macarıstana gedib, qalib gəlmək lazımdı. Bu bir sirkdi”.