21 Sentyabr 2024
İdman

Ölkə çempionatında yer tutan şahmatçılar mükafatlandırıldı

Qadın şahmatçılar arasında keçirilən ölkə çempionatında yer tutan idmançılar mükafatlandırılıb.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasında baş tutan tədbirdə ilk “5-lik”də qərarlaşan zəka sahibləri öz mükafatlarını alıblar.

Yer tutan şahmatçılara medalları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezident Faiq Həsənov təqdim edib.

Qeyd edək ki, builki çempionatın qalibi 7 turda 5,5 xal toplayan Ayan Allahverdiyeva olub. Rəqibindən yarım xal geri qalan Nərmin Abdinova 2-ci, eyni xala malik Səbinə İbrahimova 3-cü, hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı müvafiq olaraq 4-5-ci yerləri bölüşüblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43