DÇ-2022-nin seçmə mərhələsində Çexiyaya 0:1 hesabı ilə məğlub olan Belarus millisi ölkə prezidentini qəzəbləndirib.
İdmanxeber.az-ın məılumatəına görə, dövlət başçısı yığma üzvlərini sərt tənqid edib:
“Millimizin göstərdiyi biabırçılığa baxmaq sadəcə olaraq mümkün deyil. Bu, futbol deyil. Hələ keçən dəfə federasiya rəhbərindən soruşmuşdum ki, gənc futbolçuları meydana niyə buraxırsınız? Onların futbol oynamaq fikri yoxdur! Budur, bu da sizə nəticə. İndi gedin, sizə dərs olsun.”
Qeyd edək ki, hazırda Belarus millisi FİFA reytinqinin 89-cu pilləsində qərarlaşıb.