İdman

Ölkə çempionatında 7 cəzalı

Sabah futzal üzrə Yüksək Liqada XXVII turun oyunları keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, bu dəfə 7 oyunçu komandasına kömək edə bilməyəcək.

 

Bunlardan 3-ü sarı vərəqə limitini dolduran Fərid Ələkbərov (EKOL), Vladislav Vorobyov (“Yasamal” FK) və Rüfət Balakişiyevdi (“Neftçi” İK). Onlarla yanaşı, “Araz”dan Eduardo Borges, Rövşən Hüseynli, İsa Atayev və Xətai Bağırov qırmızı vərəqə cəzalısıdılar.

 

15 futzalçı – Sərxan Məstiyev, Namiq Məmmədkərimov (hər ikisi EKOL), Nihad İsmayılov, Faiq Əliyev (hər ikisi “İtaldizain Futsal”), Əjdər Əjdərov, Vahib Xocayev (hər ikisi “Neftçi” İK), Omid Talebi, Majid Morovati, Seymur Məmmədov (hamısı “Marafon Futsal”), Sadiq Cavid, Mohamməd Şahsavari, Mortoza Cahandost, Rəsul Akbari, Vüsal Səfərov (hamısı “Yasamal”) və Reza Toloui (“Yasamal” FK / “Araz”) isə cəza limitinin bir addımlığındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43