Ölkə futbolu

Ölkə kubokunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Qərar qurumun bayrağı altında təşkil edilən bütün yarışlarda qarşıdakı oyunlara şamil ediləcək. Bu isə o deməkdir ki, Azərbaycan Kubokunun 2-3 dekabrda keçiriləcək 1/8 final oyunlarının hamısı 1 dəqiqəlik sükutla başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43