UEFA Konfrans Liqası pley-off mərhələsi cavab oyunu çərçivəsində keçiriləcək “Zirə” – “Omoniya” oyununun favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə Kipr klubunun qələbəyə daha yaxın olduğu təxmin edilib. Belə ki, “Omoniya”nın qalibiyyətinə 2,31, təmsilçimizin qələbəsinə isə 3,09 əmsal təyin edilib.
Qarşılaşmanın heç-heçə bitmə ehtimalı isə 3,57 olaraq dəyərləndirilib. Görüş bu axşam saat 20:00-da start götürəcək.