Kateqoriyasız

“Omoniya” Bakıya bir neçə futbolçusunu gətirməyəcək

Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda “Qarabağ”ın qonağı olacaq Kiprin “Omoniya” klubu Bakıya tam heyətlə gəlməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, turnirdə iddiası qalmayan Nikosiya klubu bir neçə üzvünə istirahət verəcək.

Kipr mətbuatında “Omoniya”nın bütün diqqətini yerli çempionata yönəltdiyi bildirilib.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. “Qarabağ” 10 xalla qrup lideridir. “Omoniya” isə 2 xalla 3-cü yedədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43