Kateqoriyasız

“Omoniya” – “Qarabağ” matçı hansı kanalda?

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Omoniya” (Kipr) – “Qarabağ” oyunu ölkəmizdə də canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq matçı CBC Sport kanalı canlı yayımlayacaq.

Sözügedn oyunu Rusiya və Türkiyə telekanalları canlı yayımlamayacaq. Kiprdə bu matçı “Cytavision” telekanalı canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43