Kateqoriyasız

“Omoniya”da ciddi itkilər – “Qarabağ”la oyun öncəsi

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq Kiprin “Omoniya” klubu bu qarşılaşmaya ciddi itkilərlər çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Nokosiya təmsilçisinin əsas qapıçısı Fabiano zədə səbəbindən qarşıdakı görüşlərdə iştirak etməyəcək.

Xatırladaq ki, daha əvvəl müdafiəçi Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşmişdi.

Noyabrın 25-də keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43