Kateqoriyasız

“Omoniya”da daha bir itki: “Qarabağ”la oyunu buraxacaq

Konfrans Liqası qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la qarşılaşacaq “Omoniya” ciddi itki ilə üzləşib.

Kipr klubunun müdafiəçisi Yoannis Kusulos Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacaq. Kiprli futbolçu zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerud da “Qarabağ”la görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43