Kateqoriyasız Müsahibə

“Ona “professor” adı elə-belə verilməyib” – Rahid Əmirquliyev

“Səbail”lə müqavilə bağlayan Rahid Əmirquliyevin İdmanxeber.az saytına müsahibəsi.
– “Səbail”lə müqavilə yenilədin. Təəssüratların…
Ötən gün onlarla yeni müqavilə bağladıq. Təbii ki, sevindirici məqamdı. İllərdi bu komandada çıxış edirəm. Bundan sonra da ən yaxşısını etməyə çalışacam.
– Başqa təkliflərin də var idi. Niyə məhz “Səbail” variantı üzərində dayandın?
Düzdü, başqa təkliflər də var idi. Ancaq “Səbail” mənim üçün doğmadı. Neçə ildi burdayam, komandanın kapitanıyam. Mənim borcum idi ki, rəhbərliklə, məşqçiylə görüşüm, danışıq aparım. Burda Mahmud Qurbanovun da rolu oldu. Onunla da söhbətləşdik və mənim komandada qalmağımı istədi.
– Komanda ötən mövsümdən fərqli bu il daha zəngin heyət formalaşdırır. Başa çatan mövsümdə heyətin kasad olması istədiyiniz nəticələri qazana bilməməyinizə səbəb oldu. Komandanın transfer bazarındakı fəallığını buna bağlamaq olar?
– Ötən mövsüm heyətimiz kasad idi. Buna görə də, çətinlik çəkirdik. Bu il komandamız transfer məsələlərində daha fəaldı. Ağabala Ramazanov və təzə gələn legionerlər var, komandanın gücünə güc qatacaqlar. Edilən transferlərdən də görünür ki, komanda daha yaxşı çıxış etmək istəyir. Yeni mövsümdə çox komandaya baş ağrısı olacağıq.
– Səncə, Mahmud Qurbanovun gəlişi komandada nələri dəyişəcək?
Bunu zamanla görəcəyik. Ancaq mən Mahmud müəllimlə Lənkəranda birlikdə oynamışıq. Onun “Səbail”də uğur qzanacağını düşünürəm. Hamı onun necə bir futbolçu olduğunu görüb. Ona “professor” adı elə-belə verilməyib. İnanırıq ki, “Səbail”də yaxşı işlər görəcək, yaxşı nəticələr qazanacaq.
– Transfer bazarındakı fəallığınızı nəzərə alsaq, komandanın yeni mövsümdən avrokuboklara oynayacağını düşünmək olar?
Bizə hələ heç bir şey deyilməyib. İstənilən halda hər bir komandanın hədəfi medallar uğurunda oynamaqdı. Allahın izni ilə çalışacağıq ki, 3-cü yer uğurunda oynayaq. Rəhbərliyin Mahmud müəllimin qarşısına hansı şərtləri qoyduğunu bilmirik. Ancaq biz əlimizdən gələni edəcəyik ki, yaxşı yerlərdən birini tutaq.
Xəyal Hüseynov

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İstəmirəm danışıb futbolumuzu çirkləndirim” – Rəşad Sadıqov

admin

“Ruslan Qurbanov, Orxan Əliyev və Uğur Pamuk özlərini yaxşı tərəfdən göstərirdilər” – MÜSAHİBƏ

admin

“Neftçi” – “Bney Yehuda” matçının Geniş İcmalı

admin