Andre Onana 2 günə 2 oyuna çıxmalı olacaq.
İdmanxeber.az–ın məlumatına görə, 27 yaşlı kamerunlu qapıçı 14 yanvar “Mançester Yunayted” – “Tottenhem” oyununda iştirak etdikdən sonra Afrika Millətlər Kuboku üçün Fil Dişi Sahilinə yola düşəcək. Təcrübəli qolkiper 15 yanvar keçiriləcək Kamerun – Qvineya görüşündə millisinin qapısını qoruyacaq.
Xatırladaq ki, Afrika Millətlər Kuboku yanvarın 13-də start götürəcək.