22 Sentyabr 2023
Ölkə futbolu

Öncə Qurban Qurbanov, sonra Moe

UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sentyabrın 20-si saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17:30-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.”Mölde”nin açıq məşqi 19:00-da, komandanın baş məşqçisi Erlinq Moenin mətbuat konfransı isə 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43